Əsas məzmuna keç

Sarkozi 5 il müddətinə azadlıqdan məhrum edildi

Paris məhkəməsi 2007-ci ildən 2012-ci ilə qədər bu vəzifədə olmuş keçmiş Fransa prezidenti Nikola Sarkozini 2007-ci il seçki kampaniyasını Liviyanın maliyyələşdirməsi ilə bağlı 5 il müddətinə azadlıqdan məhrum edib.

Tezadlar.az xəbər verir ki, bu barədə BFMTV məhkəmənin qərarına istinadən məlumat yayıb.

Sabiq prezident həmçinin 100 min avro cərimələnib.

Sarkozi cinayətkar qruplaşmada iştirakda təqsirli bilinsə də, dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya ittihamlarından bəraət alıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…