Əsas məzmuna keç

Saxta sənədlərlə Azərbaycandan yük çıxarmaq istəyiblər, amma…

Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən “Mercedes” və “Renault” markalı yük nəqliyyat vasitələrinə baxış keçirilib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Tezadlar.az-a verilən məlumata görə, yoxlama zamanı “Mercedes” markalı nəqliyyat vasitəsində 9 ton 200 kiloqram, “Renault” markalı nəqliyyat vasitəsində isə 14 ton 445 kiloqram avtomobil ehtiyat hissəsi aşkar edilib. Yüklərə dair sənədlər yoxlanılıb. Nəticədə təyinat ölkəsi dəyişdirilməklə saxtalaşdırılmış müşayiətedici sənədlərin təqdim olunduğu müəyyən edilib və hər iki nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…