Əsas məzmuna keç

ŞAXTADA PARTLAYIŞ: 3 NƏFƏR XƏSARƏT ALIB

Ukraynanın Dnepropetrovsk vilayətində şaxtada baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb. Bu barədə Ukrayna Energetika Nazirliyinin Telegram kanalında məlumat verilib.

İdarənin məlumatına görə, mədəndə metan partlayıb.

“Pavloqradda 200-ə yaxın işçinin çalışdığı kömür mədənində metan partlayışı baş verib. Üç işçi xəsarət alıb”, – Energetika Nazirliyindən bildirilib.

Bütün işçiləri səthə çıxara bildilər. Hadisənin səbəbləri aydınlaşdırılır.

Bundan əvvəl Rostov vilayətindəki “Oktyabrskaya-Cənub” mədənində qayanın çökdüyü bildirilirdi.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…