Əsas məzmuna keç

Səbaildə yaşıllıqlara zərər: məsələ cinayət işi kimi araşdırılır

Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi Göyüş Qarayev küçəsində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 7 min 800 manat məbləğində ziyan dəyib.

Tezadlar.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Araşdırma zamanı müəyyən olunan yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…