Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu günlərdə millət vəkili Razi Nurullayev İmişlinin Məmmədli kəndinin seçiciləri ilə görüşərkən həmin kəndin əhali kökünün Qazaxa və Ağdama aid edildiyini bildirib və bu barədə sosial şəbəkə hesabında paylaşım da edib… İmişlidən olan sosial media istifadəçisi İlqar Şahmaroğlu deputatın bu yanlışlığına əsəbi, amma mədəni cavab yazıb. Cavabda deyilir: “…ADAMa deyərlər, deputat təyin edilmisən, get kreslonda otur, tikintin ilə məşğul ol.
1) Əvvala, sən Məmmədli ərazisindən deputat təyinatı almamısan. Səyyad Aranın ərazisinə niyə daxil olursan?
2) Sən tarixçi-tədqiatçı deyilsən, xarici dil üzrə ali təhsilin olmalıdı. Elə o dildə Azərbaycan həqiqətlərini dildaşlarına çatdır.
3) Məmmədli kəndi 12 kəndin daxil olduğu Muğanlı obasına aiddi. Ağdama, Qazağa aidiyyatı yoxdu. 1820-ci ildə, Azərbaycan xanlıqlarının işğalından sonra Şəmsəddil sultanlığının ərazisi sayılan, Göyçə gölünün ətrafından indiki Xocavəndin Muğanlısına (Xonaşin) köçürülüblər.
Bu tayfanın indi məskunlaşdığı Kür-Araz ovalığındakı sahə Tiflisdə oturan Qafqaz canişini tərəfindən tayfanın ağsaqqalı, ağası Vəli Ağaya hazırcavablığına görə hədiyyə edilmişdir.
4) Milli Məclisdə təmsil olunan, Azərbaycanın dilbər guşələrindən olan Masallı əsilli bir şəxsin idman stilində ayaqqabı geyinib yanlış tarixi faktları ictimaiyyətin beyninə yeritmə cəhdinə qətiyyətlə YOX deyirəm!”.
Sitatın sonu