5 Noyabr 2025 / 21:21

Sədərək rayonunun ləğvi iddiasına rəsmi cavab: “Həqiqətə uyğun deyil”

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun ləğv olunacağı iddia edilir. Bu iddianı jurnalist Heydər Oğuz səsləndirib.

Məsələyə Sədərək Rayon İcra Hakimiyyətindən münasibət bildirilib.

Qurumun İnformasiyanın təminatı və təhlili sektorunun müdiri Oruc Hüseynzadə mediaya açıqlamasında bildirib ki, sözügedən iddialar həqiqəti əks etdirmir:

“Bu barədə bizə heç bir məlumat verilməyib. Ümumiyyətlə belə bir addımın atılması gözlənilmir. Heydər Oğuzun sözü ilə o boyda rayon ləğv edilmir ki”.

Qeyd edək ki, Sədərək rayonu 1990-cı ildə Şərur rayonunun ərazisində yaradılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!