Azərbaycandan sənaye maşınları, neft məhsulları və kənd təsərrüfatı texnologiyaları idxal etmək üçün güclü potensial mövcuddur.
Bunu Tezadlar.az-ın Türkiyə bürosuna müsahibəsində iqamətgahı Ankara yerləşən Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan üzrə fövqəladə və səlahiyyətli səfiri Adem Muhammed Mahmud deyib.
O qeyd edib ki, Efiopiya isə, öz növbəsində, qəhvə, süd məhsulları, küncüt, ədviyyat və digər kənd təsərrüfatı məhsulları kimi yüksək keyfiyyətli məhsullar təklif edir:
“Bu sahələr artıq Azərbaycan tərəfi ilə müzakirə olunub və iqtisadi mübadilənin genişləndirilməsində açıq qarşılıqlı maraqla dəstəklənir”.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.







