Əsas məzmuna keç

Səfir: Azərbaycanın mövqeyi dəyişməzdir

edeeda e b cf febbdb

Azərbaycan dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini ardıcıl olaraq dəstəkləyir.

Tezadlar.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev “Lenta.Ru” nəşrinə müsahibəsində bildirib.

“Biz dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərini qətiyyətlə və daim dəstəkləyirik. Heç bir dövlətin sərhədləri zorla və ya həmin ölkə xalqının razılığı olmadan dəyişdirilə bilməz. Bu məsələdə bizim mövqeyimiz dəyişməzdir”, – o bildirib.

İyul ayında Azərbaycanın paytaxtında Rusiya və Almaniya nümayəndələrinin qapalı görüşü fonunda Bakının dialoq meydançası, əlaqə kanalı və ya humanitar təşəbbüslərin iştirakçısı kimi potensial rollarına toxunan Mustafayev qeyd edib ki, hələlik konkret qərarlar yoxdur, lakin bu rollardan hər hansı birinə ehtiyac yaranarsa, təkliflərə baxılacaq.

“Əgər sizin sadaladığınız rollardan hər hansı birinə gələcəkdə ehtiyac yaranarsa, Bakı, əlbəttə ki, müvafiq təkliflərə baxacaq və onlara reaksiya verəcək. Lakin hələlik bu məsələ ilə bağlı konkret heç nə deyə bilmərəm”, – səfir qeyd edib.

Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı suala cavab verərkən diplomat xatırladıb ki, ölkənin mövqeyi dəfələrlə Prezident İlham Əliyev tərəfindən bir çox yerdə, o cümlədən bu yaxınlarda Şuşada keçirilmiş beynəlxalq media forumunda ifadə edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…