8 Aprel 2026 / 09:04

Səfirlik Tehrandakı yəhudi sinaqoquna hücumu pislədi-BƏYANAT

İran İslam Respublikasının Bakıdakı Səfirliyini Tehrandakı yəhudi sinaqoquna edilən hücumla bağlı bəyanat yayıb.  Səfirlikdən Tezadlar.az-a daxil olan bəyanatda deyilir: “İran İslam Respublikasının Bakıdakı Səfirliyi Tehranda yəhudi sinaqoquna qarşı törədilmiş hücumdan dərin təəssüf və narahatlıq duyduğunu bildirərək, bu aktı qətiyyətlə pisləyir. Dini mənsubiyyətindən və etiqadından asılı olmayaraq, bütün ibadət yerləri toxunulmazdır; bura hər növ təcavüz və zorakılıqdan uzaq, təhlükəsiz və müqəddəs bir məkan kimi ehtiram göstərilməlidir.
Bu qəbil terror aktları fundamental insan hüquqlarını və dini azadlıq prinsiplərini kobud şəkildə pozmaqla yanaşı, son 80 il ərzində bəşəriyyətə, eləcə də səmavi dinlərin ardıcıllarına qarşı cinayətlər törədən sionist rejimin qeyri-bəşəri mahiyyətini bir daha ortaya qoyur. İran İslam Respublikasının Səfirliyi sözügedən terror və insanlıq əleyhinə olan bu aktı şiddətlə qınayır, beynəlxalq birliyi sionist rejimin bəşəriyyətə zidd əməllərinə qarşı dərhal və effektiv reaksiya verməyə çağırır”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!