16 Yanvar 2026 / 18:55

“Şəhərsalma və Memarlıq İli”ndə Bakıdakı tikinti eybəcərliyinə yox!

Məlum olduğu kimi, 2026-cı il Azərbaycan Respublikasında Prezident İlham Əliyevin Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan olunub.
Tezadlar.az xatırladır ki, bu  sərəncamın məqsədi ölkənin zəngin memarlıq və şəhərsalma ənənələrini qorumaq, inkişaf etdirmək və müasir çağırışlara cavab verən yeni yanaşmaları tətbiq etməkdir. Bu həm də o deməkdir ki, Bakı şəhərinin qədimliyi, tikinti və memarlıq qaydaları qorunacaq, tikinti eybəcərliyinə yol verilməyəcək.
Oxucumuz Rasim Əliyev redaksiyaya bir fotoşəkil göndərib və sual verir: “Şəhərsalma və Memarlıq İli”ndə bu cür tikinti eybəcərliyinin adı nədir???
Qeyd edək ki, bu şəkildəki göydələn Qənimətlər parkı ilə üzbəüzdədir, Afiyəddin Cəlilov küçəsindəki beşmərtəbəli binaların başının üstünü kəsdirib.
Ən böyük sual isə budur ki, beşmərtəbəli binaların yanında, tıxaclı yolun ağzında 23 mərtəbəli binanın tikintisinə kim icazə verib???
A.Məmmədli

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!