Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
10 Dekabr 2025 / 14:25

Səhiyyə Nazirliyinin ən kasıb şöbə müdirinin 3 milyon manatlıq əmlakı-SİYAHI

Bir müddətdir Baş Prokurorluq Səhiyyə Nazirliyində saxta sertifikatların satışı şöbəsinin müdiri Səidə Rüstəmovanın cinayət işini istintaq edir… İstintaq isə davam edir. Nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova vəzifəsini icra edən zaman ailə üzvlərinin adına sənədləşdirdiyi əmlakların bir gün qanunsuz əməlin qurbanı olacağına yəqinki inanmayıb. Niyə? Çünki kimlərəsə arxayın idi.
Beləliklə, sosial mediada yayılmış bu siyahını diqqətlə nəzərdən keçirməyə də dəyməz. Bu adi bir şöbə müdirinin əmlakıdır. Görün, bu hesabla idarə rəisləri nə gündədir.
Tezadlar.az həmin siyahını təqdim edir:
Yasamal rayonu, Həsən Məcidov küçəsində mənzil – Qiymət: 463 365 manat;
Nəsimi rayonu, Abdülvahab Salamzadə küçəsində iki mənzil – Qiymət: 323 605 manat biri, 332 755 manat digəri;
Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi mənzil – Qiymət: 429 488 manat;
Yasamal rayonu, İnşaatçılar prospektində mənzil – Qiymət: 670 275 manat;
Yasamal rayonu, İnşaatçılar prospektində 18 m² qaraj – Qiymət: 45 000 manat;
Abşeron rayonu, Novxanı kəndində torpaq sahəsi – Qiymət: 43 250 manat
Sabunçu rayonu, Nardaran qəsəbəsində bağ sahəsi – Qiymət: 78 000 manat;
Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində ev;
Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsində mənzil;
Yasamal rayonu, Xarici dairəvi yol 10, “Royal Park” yaşayış massivində ev;
Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində ev;
Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evi;
Abşeron rayonu, Novxanı kəndi bağlarında mənzil;
“Mercedes-Benz” və “​Audi Q5” minik avtomobillləri.
***
Nə isə…
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!