Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Aparıcı Səidə Bəkirqızı “Space TV” ilə yollarını ayırıb.
Tezadlar.az xəbər verir ki, bu barədə aparıcı özü sosial media hesabında məlumat verib.
” Hazırda bu videonu “SpaceTV”də çəkirəm. Hələki burdayam, getməmişəm. Bu gün səhər efir vaxtımdan sonra müavin Nəriman müəllim məni çağırdı ki, yanvar ayının 1-dən verilişi dayandırmaq məcburiyyətindəyik. Səbəbini soruşduqda cavab verdi ki, biz televiziyanın reklam hüquqlarını New. media-ya vermişik. Və artıq onlar qərar verir ki, televiziyada hansı verilişi yayımlamaq olar, yaxud olmaz. Nəriman müəllimin sözlərinə görə, onlar bildiriblər ki, səhər efiri çox ciddi bir veriliş olduğuna görə biz ora sponsor cəlb edə bilmirik. Məsələn, orada qarox, mayonez reklamı verə bilmirik və biz onun yerində – bir qədər gec, mətbəx proqramı verəcəyik. Belə başa düşdüm ki, bizim verilişimizi “sata blməyiblər”. Mən Nəriman müəllimə yalan danışdığını dedim. Ola bilsin ki, mən kəskin danışıram, tənqidi danışıram, kiminsə ayağını tapdalayıram… Bilmirəm. Dedilər, heç bir zəng gəlməyib bu verilişin bağlanması ilə bağlı. Amma ki, Newmedia bütün hüquqlara sahibdir. Bir neçə veriliş bağlanır, o cümlədən bu veriliş. Təkrar Vado müəllimin yanına getdim. O da təsdiqlədi. Dedi ki, biz sadəcə yaradan tərəfik – televiziyanın satışı, reklam məsələsini müqavilə əsasında onlara vermişik.
Düzdür, yanvar ayının 1-dən verilişin yayımı dayandırılmalıydı, amma mən özümə hörmət edən aparıcı olduğuma görə sabahdan efirə çıxmayacam. Bu gün bir daha əmin oldum ki, Azərbaycan televiziyalarında ciddi simalara ehtiyac yoxdur!Məni dəvət edən rəhbərlər mövqeyim olduğuna görə dəvət edirlər. Əgər siz sözünüzdə və mövqeyinizdə qala bilməyəcəksinizsə, məni dəvət etməyin televiziyanıza! İllər öncəsi heç bir televiziyanın siması olmayacağım barədə özümə söz vermişdim. Çox peşmanam bu gün. Televiziyanı bardağa çevirmək istəyənlər bizə qalib gəldilər. Düzdür, mən həqiqətən bu qərarı kimin verdiyini bilmirəm. Kimsənin haqqına da girmək istəmirəm”, – deyə o, video paylaşımında vurğulayıb.
JASMİN