Əsas məzmuna keç

Şəki–Koreya turizm əlaqələri genişlənir

Cənubi Koreyanın Azərbaycandakı səfiri Kan Kimqu Şəkinin koreyalı turistlər arasında populyarlığına görə Bakıdan sonra ikinci istiqamət olduğunu qeyd edib.

Tezadlar.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkələrdəki rəsmi səhifəsində bildirilib.

Qeyd olunur ki, diplomat həmçinin Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla iqtisadi və turizm sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

“Gözəl təbiəti və zəngin mədəni irsi sayəsində Şəki koreyalı turistlərin Bakıdan sonra ən çox ziyarət etdiyi bölgələrdən biridir”, – məlumatda deyilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…