Türkiyənin Konya şəhərində yerləşən Selçuk Universitetində silahlı insident yaşanıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata görə, tələbə olduğu müəyyən edilmiş şəxs Selçuk Universitetinin Tibb Elmləri Fakültəsinə silahlı hücum edərək, dekan köməkçisinə üzərində olan tapança ilə atəş açıb.
Bu gün saat 15:00 radələrində Bestami Serdar E. Dekan müavini Dr. Müjdat Yeşildalı tapança ilə vuraraq intihara cəhd edib.
Hadisə yerinə çoxlu sayda polis və təcili yardım işçiləri cəlb olunub. Hər iki yaralının xəstəxanaya yerləşdirildiyi bildirilir. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.
Hadisənin təfərrüatları araşdırılır.