Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
21 Noyabr 2025 / 19:35

Semiramis Pekkanın ağciyərində şiş aşkarlanıb

Bir müddət əvvəl evində yıxılaraq xəstəxanaya yerləşdirilən Ajda Pekkanın bacısı, tanınmış müğənni Semiramis Pekkan haqqında üzücü xəbər yayılıb.

Tezadlar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumata görə, sənətçinin sol ağciyərində bədxassəli şiş tapılıb. Xəbəri təsdiqləyən Semiramis Pekkan hazırda müalicə olunduğunu bildirib.

O, müalicə prosesinin təsiri nəticəsində saçlarının töküldüyünü və buna görə parikdən istifadə etməyə başladığını qeyd edib.

Sənətçinin səhhəti ilə bağlı xəbərlər sosial mediada geniş müzakirə olunur.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!