Əsas məzmuna keç

Sentyabrın 4-də Makron, Zelenski və Tramp arasında telefon əlaqəsi olacaq

Fransa Prezidenti Emmanuel Makron və digər Avropa liderləri, eləcə də Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 4-də ABŞ lideri Donald Trampla telefon danışığı aparacaq.

“Tezadlar” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi Yelisey sarayına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, söhbətin Ukraynaya yardım göstərmək üçün “istəklilər koalisiyası”nın iclasından sonra saat 14:00-da (Bakı vaxtı ilə 16:00) başlaması planlaşdırılır.

Qeyd olunur ki, görüşdə Kiyev üçün təhlükəsizlik təminatları müzakirə olunacaq.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…