Əsas məzmuna keç

SEPAH ABŞ-nin 2 gəmi və 8 neft tankerinə zərbələr endirib

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının İran tərəfindən qadağan elan olunmuş və qeyri-təhlükəsiz bölgəsindən keçmək niyyətində olan 2 Amerika gəmisi, 8 neft tankeri və digər bayraqlar altında üzən 10 gəmini hədəfə alıb. Tezadlar.az Haber- Türk-ə istinadla xəbər verir ki, SEPAH bununla bağlı bəyanat yayıb. Sitat: “SEPAH-ın Hərbi Dəniz Qüvvələri Amerika ordusunun Fars körfəzində 5 İran neft tankerinə etdiyi hücuma cavab olaraq, bu bölgədə 2 Amerika gəmisini və 8 neft tankerini hədəfə alaraq onlara böyük zərər vurub”, – bəyanatda bildirilib.

Qeyd olunub ki, ABŞ ordusunun dəstəyi ilə Hörmüz boğazının qadağan olunmuş və qeyri-təhlükəsiz bölgəsindən keçmək niyyətində olan, qaydaları pozan 10 gəmiyə də zərbələr endirilib: “Hörmüz boğazı SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin nəzarəti və idarəsi altındadır”.

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…