Əsas məzmuna keç

Serb prezident seçkilərinin ilkin nəticələri açıqlandı

Serb Respublikası prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Tezadlar.az xəbər verir ki, TASS bu barədə hakim Müstəqil Sosial Demokratlar Alyansının (SNSD) mətbuat katibi Radovan Kovaçeviçə istinadən məlumat yayıb.

İlkin nəticələrə görə, Respublikanın hazırkı prezidenti Savo Miniç seçkilərdə qalib gəlib, Zeljka Çviyanoviç isə Bosniya və Herseqovina (BH) Prezidentliyinin serb üzvü seçkilərində qalib gəlib.

Miniç 45.500 səs, müxalifətdəki Serb Demokratik Partiyasının namizədi Branko Blanuşa isə 33.000 səs toplayıb.

“Bu, vacib bir tendensiyanı və əhəmiyyətli bir üstünlüyü nümayiş etdirir. SNSD sədri Milorad Dodik tezliklə qələbəsini elan edəcək”, – Kovaçeviç əlavə edib. Bu arada, hazırkı BH Prezidentliyinin üzvü Zeljka Çviyanoviç 31.400 səslə rəqiblərinə liderlik edir.

Savo Miniç daha əvvəl Avropada Rusiya ilə dialoq tərəfdarlarının sayının artdığını bildirmişdi. O, diplomatiyanın alternativinin olmadığını vurğulamışdı.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…