Serbiya Prezidenti Aleksandr Vuçiç televiziya ilə xalqa müraciətində istefa verdiyini və qərarı imzaladığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, Prezident Vuçiç istefa verdiyini açıqlayıb.
Prezident sarayından ictimaiyyətə etdiyi çıxışında Vuçiç istefa qərarını imzaladığını və Milli Məclisin sədri Ana Brnabiçin müvəqqəti prezident vəzifəsini icra edəcəyini bildirib.
İstefasından sonra Vuçiç prezident seçkilərinin dekabrın sonuna qədər keçirilməli olduğunu bildirərək deyib: “Bu şəkildə mənə bir insanın üzərinə götürə biləcəyi ən yüksək vəzifə və məsuliyyəti verdiniz. Bu gün istefa ərizəmi təqdim etdiyim gündür.”
Vuçiç 25 oktyabrda keçiriləcək növbədənkənar ümumi seçkilərdə adi vətəndaş kimi iştirak etmək istədiyini bildirib:
“Kim etimad səsini qazansa – mən bunu seçki siyahılarından birinin başında duran biri kimi deyil, prezident kimi deyirəm – sülhü və sabitliyi qorumalıdır. Biz iqtisadi inkişafı davam etdirməliyik. Amma iqtisadi inkişafdan danışarkən, ilk növbədə innovasiyalara, süni intellektə, robotlara diqqət yetirməli və geridə qalmamalıyıq.”
Serbiyada 25 oktyabrda növbədənkənar ümumi seçkilər keçiriləcək və Vuçiç Serbiya Mütərəqqi Partiyasının (SNS) siyahıları ilə seçkilərdə iştirak edəcək.
Milli Assambleyanın spikeri Ana Brnabiç Vuçiçin istefasından sonra müvəqqəti prezident vəzifəsini icra edəcək.
ELBAR







