10 Aprel 2025 / 15:15

Seriala çəkilən şəxs narkotika taciri çıxdı, digər narkotacir isə futbolçu imiş…

Mərkəzi Afrikadan olan vətəndaş Qazaxıstanın Şımkent şəhərində Telegram vasitəsilə satdığı 1,5 kq sintetik a-PVP ilə saxlanılıb.

TEZADLAR.AZ  xəbər verir ki, bu barədə Polisia.kz məlumat yayıb.

Saxlanılan şəxsin 2020-ci ildə Qazaxıstana iş axtarmaq üçün gəldiyi və yerli futbol komandalarından birinin oyunçusu olduğu müəyyən edilib.

Həmçinin  Qazaxıstanın Akmola vilayətində 45 yaşlı kişi saxlanılıb; şəxsi axtarış zamanı onun üzərindən içərisində 2 kq həşiş olan səyahət çantası aşkar edilib. Məlum olub ki, o, əvvəllər yerli seriallardan birində kriminal qruplaşmanın lideri rolunu oynayıb.

“Şübhəlilər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”, – deyə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Komitəsinin sədri vəzifəsini icra edən Daniyar Meyrxan əlavə edib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!