Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Müğənni Cahid Hüseynli (Jony) səsinin batması səbəbindən konsertlərini ləğv etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.
Tezadlar.az xəbər verir ki, ifaçı aprelin 4-nə Daşkənddə planlaşdırılan konsertinin təxirə salındığını təsdiqləyib, lakin digər konsertlərin plan üzrə qaldığını bildirib
“Bu, səhhətimlə bağlıdır. Minskdəki konsertdən sonra hələ tam bərpa olunmamışam. Biz çıxışın keyfiyyətinə və hər birinizin rahatlığına önəm veririk, buna görə yeni tarixə tam hazır olmaq istəyirik”.
Coni əlavə edib ki, Daşkənd konsertinin yeni tarixi artıq müəyyənləşib. Belə ki, 17 aprel tarixində keçirilməsi planlaşdırılan konsert üçün əvvəlcədən alınmış biletlər qüvvədə qalacaq.
O əlavə edib ki, vəziyyəti rus mediasında yazıldığı qədər ciddi deyil:
“Sadəcə qrip olmuşam. Bu səbəbdən Daşkənd konsertini təxirə saldıq. Bu vəziyyətdə səhnəyə çıxmaq və sağlamlığımı riskə atmaq istəmirəm”.
O, həmçinin ağır vəziyyətdə olması ilə bağlı yayılan şayiələrə də münasibət bildirib və bunu zarafatla təkzib edib.
Qeyd edək ki, Coni Rusiyada məşhurlaşıb.