Əsas məzmuna keç

Səudiyyə Ərəbistanının 3 şəhərində erkən xəbərdarlıq sistemi aktivləşdirilib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda, eləcə də Yəməndə İran tərəfindən dəstəklənən Husi üsyançılarının hücumlarına məruz qalan Əbha və Xamis Muşaytda erkən xəbərdarlıq sistemi aktivləşdirilib.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi potensial təhdidlərə cavab olaraq Ər-Riyad, Əbha və Xamis Muşaytda erkən xəbərdarlıq sisteminin aktivləşdirildiyini açıqlayıb və ictimaiyyəti rəsmi orqanların təlimatlarına əməl etməyə çağırıb.

Tezadlar.az xəbər verir ki, erkən xəbərdarlıq sistemini aktivləşdirdikdən qısa müddət sonra Mülki Müdafiə İdarəsi xəbərdarlıqların verildiyi şəhərlərdə “təhlükənin keçdiyini” bildirən ikinci bir bəyanat yayıb.

Bəyanatda ictimaiyyət təhlükəsizlikləri üçün rəsmi orqanların təlimatlarına əməl etməyə və hadisə yerində şəkil və ya video çəkməkdən çəkinməyə çağırılıb.

Yəmən İran tərəfindən dəstəklənən Husilərin 2014-cü ilin sentyabr ayında paytaxt Səna və bəzi əyalətlərin nəzarətini ələ keçirməsindən bəri vətəndaş müharibəsinə qərq olub.

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb Koalisiyası 2015-ci ilin mart ayından bəri beynəlxalq səviyyədə tanınmış Yəmən hökumətini dəstəkləyir.

Son zamanlar Yəməndə hökumət qüvvələri ilə Husi üsyançıları arasında toqquşmalar şiddətləndikcə, İran tərəfindən dəstəklənən Husilər hücuma məruz qaldıqlarını iddia edərək Səudiyyə Ərəbistanını ballistik raketlər və dronlarla hədəf alırlar.

ELBAR

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…