Əsas məzmuna keç

SEVASTOPOLDA HAVA HÜCUMU XƏBƏRDARLIĞI

Sevastopol qubernatoru Mixail Razvojaev şəhərdə hava hücumu xəbərdarlığı elan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

“Hər kəsin diqqətinə! Hava hücumu xəbərdarlığı!”, – o yazıb.

O, şəhər sakinlərini pəncərələri möhkəm bağlamağa, qazı və suyu kəsməyə, işığı kəsməyə və yükdaşıyan divarları olan otaqlara sığınmağa çağırıb.

Küçədə olanlara sığınacaqlara getmələri tövsiyə olunur.

Sevastopolun Avtomobil Nəqliyyatı İnfrastrukturunun İnkişafı Direktorluğunun Telegram kanalında qeyd olunub ki, həyəcan siqnalı zamanı dəniz və quru şəhər nəqliyyatının hərəkəti müvəqqəti olaraq dayandırılacaq.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…