Əsas məzmuna keç

ŞİMALİ KOREYA BALLİSTİK RAKET BURAXIB

Şimali Koreyanın ballistik raket buraxması Okinava prefekturasının sakinlərini güclü binalara və ya yerin altına sığınmağa sövq edib.

Tezadlar.az xəbər verir ki, müvafiq bildiriş Yaponiyanın J-Alert fövqəladə vəziyyət bildiriş sistemi vasitəsilə yayılıb.

Yaponiya Sahil Mühafizəsi daha əvvəl bildirmişdi ki, o, KXDR-dən peykin mayın 27-dən iyunun 4-dək buraxılması planları barədə bildiriş alıb. Raket qalıqlarının düşəcəyi gözlənilən ərazilər Yaponiyanın müstəsna iqtisadi zonasından kənardadır.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…