Əsas məzmuna keç

Sibiqa: Zelenski hər an Rusiya ilə danışıqlara hazırdır

Putin açıq-aşkar qəbuledilməz təkliflərlə hər kəsi manipulyasiya etməyə davam edir.

“Tezadlar”ın məlumatına görə, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Rusiya Prezidenti Vladimir Putinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə Moskvada görüşmək təklifini şərh edərkən deyib.

“Hazırda azı yeddi ölkə müharibəni dayandırmaq üçün Ukrayna və Rusiya liderləri arasında görüş keçirməyə hazırdır. Bunlar Avstriya, Müqəddəs Taxt-Tac, İsveçrə, Türkiyə və İran körfəzində yerləşən üç ölkədir. Bunlar ciddi təkliflərdir və Prezident Zelenski istənilən vaxt belə görüşə hazırdır”, – Sibiqa sosial şəbəkədə yazıb.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…