13 Sentyabr 2021 / 12:43

SİLAHLI QÜVVƏLƏRİN İDARƏ RƏİSLƏRİ VƏZİFƏDƏN AZAD EDİLDİLƏR

Ermənistan Silahlı Qüvvələri Hərbi-tibb idarəsinin rəisi Saak Ohanyan tutduğu vəzifədən azad edilib.

Məlumatı “Aysor” yayıb.

Bildirilib ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan müvafiq sərəncam imzalayıb.

Məlumata görə, Armen Sarkisyanın başqa bir sərəncamı ilə Ermənistan Silahlı Qüvvələri Silahlanma İdarəsinin rəisi Poqos Poqosyan da tutduğu vəzfədən azad edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!