Əsas məzmuna keç

Şimali Kiprdə gəmi batdı: 23 nəfər ölüb, 237 insan xilas edilib!

Bu gün dəniz fırtınası səbəbindən Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 23 nəfər ölüb, 237 nəfər xilas edilib. Tezadlar.az Haber-Türk-ün canlı efirinə istinadla bildirir ki, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib. Hazırda hadisə yerində 23 nəfərin axtarışı və xilas olunması istiqamətində əməliyyat davam etdirilir. Xilasetmə əməliyyatlarına helikopterlər və dronlar, eləcə də xilasetmə gəmiləri cəlb olunub.

A.Məmmədli

 

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…