Əsas məzmuna keç

Şimali Osetiya hava limanını bağlayib

Fevralın 3-ü səhər saatlarında Şimali Osetiyada pilotsuz uçuş aparatları ilə bağlı xəbərdarlıq rejimi tətbiq edilib.

Tezadlar.az bildirir ki, bu barədə respublikanın başçısı Sergey Menyailo özünün Telegram kanalında məlumat verib.

Region rəhbərinin sözlərinə görə, Vladiqafqaz hava limanı müvəqqəti olaraq təyyarələri göndərmir və qəbul etmir.

“Respublikanın operativ qərargahı gecə-gündüz işləməyə davam edir. Dostlar, sizdən sakit olmağınızı və yalnız rəsmi məlumatlara etibar etməyinizi xahiş edirəm”, – Menyailo qeyd edib.

Bundan əvvəl bildirilib ki, fevralın 3-ü səhər saatlarında Mahaçqala və Qroznı hava limanları da təyyarələrə xidmət göstərməyi dayandırıb. Rosaviasiya dəqiqləşdirib ki, uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün tədbirlər görülür.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…