Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Əgər Ukrayna nüvə silahı əldə edərsə, bu, Rusiya ilə münaqişənin nəzarətsiz şəkildə kəskinləşməsinə səbəb ola bilər.
Tezadlar.az xəbər verir ki, Slovakiya Parlamentinin vitse-spikeri Tibor Qaspar bu fikri “RİA Novosti” agentliyinə verdiyi müsahibədə bildirib.
O bildirib ki, “Əgər Ukrayna həqiqətən də Böyük Britaniya və Fransadan nüvə silahı əldə edərsə, bu, böyük risk yaradacaq”.
Qaspar həmçinin əlavə edib ki, belə bir ssenaridə münaqişəyə son qoymaq perspektivləri çox zəif olacaq.
Bir müddət əvvəl Ukrayna lideri Vladimir Zelenski bildirib ki, Ukrayna 1994-cü ildə Budapeşt Memorandumunu imzaladıqdan sonra nüvə silahından imtina etməməli idi.
E.ŞİRİNOV