Əsas məzmuna keç

SOBÇAK RUSİYAYA QAYITDI

Oktyabrın sonunda kommersiya direktoru Kirill Suxanova qarşı cinayət işi ilə əlaqədar Litvaya gedən jurnalist və teleaparıcı Kseniya Sobçak Pskov vilayətində sərhədi keçərkən görüntülənib.

Bu barədə RİA Novosti hadisə şahidlərinə istinadən məlumat yayıb.

“Blogger Kseniya Sobçak Rusiyaya qayıdıb, onun Pskov vilayətində sərhədi keçməsinin şahidləri bildiriblər”, – məlumatda deyilir.

Agentliyin həmsöhbətləri bildiriblər ki, jurnalist ərinin müşayiəti ilə Latviya ilə sərhəddə yerləşən Buraçki keçid məntəqəsini keçib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…