Xatırladaq ki, bu ilin iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə olan xloridin aşkarlanıb. Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan zərərli maddəyə görə bir müddət Ceyhan limanından neft ixracının dayandırıldığı iddia olunsa da, Bakı-Tiflis-Ceyhan neft kəmərinin operatoru olan BP-Azərbaycan şirkəti xəbəri təkzib edib. Şirkətin açıqlamasından aydın oldu ki, zərərli maddə Ceyhan limanındakı bir neçə saxlama çənində aşkarlanıb. Həmin çənlərdəki neft yenidən təmizlənib, eyni zamanda digər çənlərin vasitəsilə ixrac davam etdirilib. Hadisədən bir neçə həftə sonra Rumıniya mətbuatı ölkənin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Azərbaycan neftinə zərərli maddənin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığına dair məlumat yaydı. Rusiya tərəfi bu məlumatla bağlı hər hansı açıqlama verməyib. Dünya mətbuatının yazdığına görə, məqsəd həm Azərbaycana böyük maddi zərər vurmaq, həm də onun tərəfdaş ölkələrlə münasibətlərinə xələl gətirmək olub.
ZƏRURİ XƏBƏR: zərərli maddə aşkarlandıqdan sonra BTC kəməri ilə Qazaxıstan neftinin nəqlini də dayandırmışdı. Nəql ötən həftə bərpa olunub. A.Əhmədzadənin həbsi ilə bağlı irəli sürülən iddialar həbsin məhz bu hadisə ilə əlaqədar olması ehtimalını yaradır.
Başqa bir xəbər də var: məlum olur ki, Orxan Əhmədzadə SOCAR- ın sabiq vitse- prezidenti Xaliq Məmmədovun ən yaxın və sadiq dostlarından biri olub… Onun vəzifəyə gətirilməsində də Xaliq Məmmədovun ciddi təsiri və iştirakçılığı olub. Sosial mediada belə yazılır…
XXX
Amma fakt budur ki, doğrudanmı SOCAR- da yüksək vəzifə tutmuş bu şəxsin əməllərindən kimlərinsə xəbəri olmayıb? Yaxud, Orxan Əhmədzadə bu əməlləri kimlərdənsə xəbərsiz edibmi? Suallar çoxdur…
“Təzadlar”

