Əsas məzmuna keç

SOÇİDƏN RUS TURİSTLƏRİ GƏTİRƏN GƏMİYƏ KÜTLƏVİ ETİRAZ

Rusiyanın Soçi limanından Gürcüstanın Batumi şəhərinə turist gətirən gəmi ölkədə birmənalı qarşılanmayıb.

Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla bildirir ki, Batumidə dəniz sahilinə toplaşan vətəndaşlar gəminin Gürcüstana gəlişinə etiraz ediblər. Etirazçılar “Abxaziya Gürcüstandır”, “Rusiya işğalçıdır”, “Ölkəmizi tərk edin” kimi şüarlar səsləndiriblər. Gəmidəki rus turistlərdən birinin Rusiya bayrağı dalğalandırması və aksiya iştirakçılarına qeyri etik işarələr göstərməsi ərazidəki vəziyyəti daha da gərginləşdirib.
 Rus turistləri daşıyan gəminin artıq Gürcüstanın ərazi sularını tərk etdiyi bildirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…