Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qara dəniz akvatoriyasında 4,5 bal gücündə təkrar yeraltı təkanlar baş verib.
Tezadlar.az xəbər verir ki, bu barədə Soçi meri Andrey Proşunin “Telegram” kanalında bildirib.
“Saat 16:05-də Soçi sahilindən 23 km məsafədə Qara dəniz akvatoriyasında təkrar təkanlar baş verib. Seysmoloqlar 4,5 bal gücündə olduğunu bildirirlər”, – mer vurğulayıb.
Onun sözlərinə görə, Soçidə xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur, təkanlar infrastruktur obyektlərinə təsir etməyib, onlar normal rejimdə işləyirlər.
Martın 3-də Soçidə 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Episentr Soçidən 27 km məsafədə yerləşib. Yeraltı təkanlar bir neçə saniyə davam edib.