16 May 2026 / 18:05

ŞOK İDDİA: İLON MASK İSRAİL ÜÇÜN İŞLƏYİR?

İsrailin “Haaretz” qəzeti İsrail şirkətləri ilə bağlı böyük bir iddia irəli sürüb. İddialara görə, İsrail şirkətləri İlon Maskın “Starlink” peyklərindən istifadə edən şəxslərin yerini və şəxsiyyətini izləyən proqram təminatı hazırlayıblar.

Tezadlar.az xəbər verir ki, sistemin peykləri ələ keçirmək əvəzinə, insanların yerlərinə və şəxsi məlumatlarına daxil olmaq üçün internetdəki reklam məlumatlarını izlədiyi iddia edilir.

İddia olunur ki, iki İsrail şirkəti İlon Maskın “Starlink” sisteminin istifadəçilərini izləyə bilən yeni nəsil rəqəmsal kəşfiyyat texnologiyası hazırlayıb. “Haaretz”-ə görə, sistem peykləri sındırmaq əvəzinə, istifadəçinin yerini və şəxsiyyətini rəqəmsal reklam məlumatları və onlayn izlər vasitəsilə müəyyən edir.

“STARLİNK” VASİTƏSİLƏ ŞƏXSİYYƏT VƏ YERİN İZLƏNMƏSİ

İlon Maskın şirkəti olan “Starlink” milli infrastruktura ehtiyac olmadan peyk vasitəsilə internet xidməti göstərir. Bu sistem, xüsusən müharibə və böhran zonalarında ünsiyyətin qorunması üçün vacibdir. Ukraynadakı əsgərlərdən İrandakı etirazçılara qədər bir çox şəxs və qrup “Starlink” vasitəsilə əlaqə saxlayır. Sistem təxminən 1 milyon “Starlink” terminalını real vaxt rejimində xəritələşdirə və bəzi istifadəçiləri onların şəxsiyyətləri ilə uyğunlaşdıra bilər. Sistemin peykləri haker hücumuna məruz qoymadan işlədiyi, bunun əvəzinə böyük məlumatların təhlili və reklam şəxsiyyətlərinə əsaslandığı bildirilir.

Sistemin ən diqqətəlayiq tərəfi odur ki, o, “Starlink” şəbəkəsini birbaşa ələ keçirmir. Bunun əvəzinə, istifadəçilərin onlayn buraxdığı rəqəmsal izlər “Google” və “Apple”-ın reklam şəxsiyyətləri ilə uyğunlaşdırılır. Bu, təkcə cihazı deyil, həm də ondan istifadə edən şəxsi müəyyən etməyə imkan verir.

Sistemi marketinq edən rəsmilərin istifadə etdiyi nümunələr də diqqətəlayiqdir. İddialara görə, hətta ötürücülərini söndürüb radarlardan itən gəmilər belə ekipajın virtual mediadan istifadə etməsi ilə izlənilə bilər. Mütəxəssislər bildirirlər ki, bu yanaşma klassik dinləmə metodlarından fərqlənir və müasir müharibədə “məlumatlar yeni silaha çevrilib”. Sistem münaqişə zonalarında jurnalistlər, fəallar və mülki şəxslər üçün təhlükəsizlik narahatlıqlarını artırdığı vurğulanır.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!