Əsas məzmuna keç

ŞOLTS PİRAT SARĞI İLƏ FOTOSUNU PAYLAŞDI

Almaniyanın baş naziri Olaf Şolts qaçış zamanı aldığı zədədən sonra sosial şəbəkələrdə ilk fotonu yayımlayıb.

Siyasətçinin sağ gözü qara sarğı ilə örtülüb, üzündə də sıyrıqlar görünür.

Şolts sağlamlıq arzularına görə təşəkkür edib və həyatda fotodakı kimi pis görünmədiyini yazıb.

Əvvəllər Şolts idmanla bağlı qəzaya görə Hessendəki seçki çıxışını ləğv etməli oldu. Qaçarkən xəsarət alıb.

Hökumət sözçüsü medianın sorğusuna cavab olaraq təsdiqləyib ki, kansler qaçarkən yıxılıb və üzündə qançırlar olub.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…