28 İyul 2025 / 08:55

Somalinin xarici işlər naziri BANM-də olub – FOTO

Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində olub.
TEZADLAR.AZxəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov sosial media hesabında  bildirib.
O, Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Alinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Ali Neft Məktəbində görüşdüklərini bildirib.
.
“Bu il SOCAR Somalidən olan tələbələr üçün 3 təqaüd yeri ayırıb. Onlar neft-qaz mühəndisliyi ixtisasının “Yatağın qiymətləndirilməsi və idarə olunması” ixtisaslaşması üzrə təhsil alacaqlar.
Eyni zamanda, “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində BANM-a bir neçə somalili namizədlərin müraciəti davam edir.
Öz növbəsində Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycanda olmaqdan şərəf duyduğunu bildirib. O, Azərbaycanın neft sənayesində qazandığı uğurları yüksək qiymətləndirib və Somalidən olan tələbələrin BANM-da neft-qaz sahəsində təhsil almalarının əhəmiyyətini vurğulayıb”, – rektor qeyd edib.
JASMİN
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!