Əsas məzmuna keç

SON DƏQİQƏ: 7,4 bal gücündə zəlzələ baş verib – XƏBƏRDARLIQ

Yaponiyada 7,4 bal gücündə zəlzələ baş verib. 3 metrə qədər sunami xəbərdarlığı edilir.

Tezadlar.az xəbər verir ki, “Kyodo” xəbər agentliyinin məlumatına görə, Yaponiya Meteorologiya Agentliyi Sakit Okeanda yerləşən zəlzələnin episentrinin 10 kilometr dərinlikdə olduğunu açıqlayıb.

Açıqlamada 7,5 bal gücündə zəlzələdən sonra İvate, Aomori və Hokkaydo bölgələrində 3 metrə qədər çata biləcək potensial sunami barədə xəbərdarlıq edilib.

Bu arada, zəlzələ səbəbindən Tokio ilə Aomori prefekturası arasında bəzi qatar xidmətləri dayandırılıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…