Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
4 May 2026 / 14:31

SON DƏQİQƏ: ABŞ gəmilərinin Hörmüz boğazına girməsinin qarşısı alınıb

İran ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi ABŞ gəmilərinin Hörmüz boğazından keçməsinin qarşısı alındığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İranın yarı-rəsmi “Fars” Xəbər Agentliyinin məlumatına görə, İran Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsinin açıqlamasında deyilir: “Hərbi Dəniz Qüvvələrinin sürətli və qətiyyətli xəbərdarlığı ilə düşmən ABŞ gəmilərinin Hörmüz boğazına girməsinin qarşısı alınıb”.

İnqilab Keşikçiləri Korpusunun sözçüsü və ictimaiyyətlə əlaqələr üzrə rəis müavini Hüseyn Mühibbi əvvəllər Hörmüz boğazında qaydaları pozan gəmilərin güclə dayandırılacağını bildirmişdi.

İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Komandanlığı həmçinin Hörmüz boğazında nəzarət etdikləri əraziləri göstərən xəritə dərc edib. Xəritədə İrandakı Mübarək Dağı bölgəsi ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hörmüz boğazının cənubundakı Cənubi Fuceyra xətti arasındakı ərazi göstərilir. Qərbdə İranın Qeşm adası ilə BƏƏ-nin Ümm əl-Küveyn adası arasındakı xətt İran Silahlı Qüvvələrinin nəzarəti və idarəçiliyi altında olan ərazilər kimi təsvir edilirdi.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!