Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ-da yerləşən “New York Times” qəzeti yüksək vəzifəli Yaxın Şərq rəsmilərinə istinadən iddia edir ki, “İsrail və ABŞ bu həftə İrana hücum edəcək”.
Tezadlar.az xəbər verir ki, həm İsrail, həm də ABŞ hücumlara intensiv hazırlıq görürlər.
NYT: İSRAİL VƏ ABŞ MÜHARİBƏYƏ GÜCLÜ HAZIRLIQLAR GÖRÜR
Əvvəlcə ABŞ-da yerləşən “Axios” xəbər saytı, indi isə “New York Times” hər iki qəzet İrana hücumların başlayacağını iddia edir.
“New York Times” qəzetinin yüksək vəzifəli Yaxın Şərq rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ və İsrail bu həftə İrana qarşı hərbi əməliyyatları yenidən başlatmaq üçün “intensiv hazırlıqlar” aparır. Adının çəkilməsini istəməyən rəsmilər ABŞ və İsrailin mümkün münaqişəyə “sıx hazırlıqlar” apardıqlarını bildiriblər.
Bu fəaliyyətin aprelin əvvəlində Pakistanın vasitəçiliyi ilə əldə edilən atəşkəsdən bəri görülən ən ciddi hərbi hazırlıq olduğu vurğulanıb. ABŞ müdafiə naziri Pete Hegseth ötən çərşənbə axşamı Konqres üzvlərinə Vaşinqtonun lazım gələrsə, hərbi əməliyyatları artırmağa hazır olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp da Çindən qayıtdıqdan sonra “İranda kiçik bir təmizləmə işləri apara bilərik” deyib. Buna görə də, bütün diqqətlər yenidən ABŞ və İsrailin açıqlamalarına yönəlib.
E.ŞİRİNOV