8 Mart 2026 / 13:49

SON DƏQİQƏ: İRANIN ALİ LİDERİ SEÇİLDİ, AMMA…

Qərarı qurumun katibi Hüseyni Buşəhri elan etməlidir

Ölkənin yeni Ali Liderinin seçilməsindən məsul olan İranın Ekspertlər Şurası işini başa çatdırıb və yeni lider müəyyən edilib.

Tezadlar.az xəbər verir ki, bu barədə şura üzvü Əhməd Alamolhoda bildirib.

“Lider seçkisi baş tutub və lider müəyyən edilib. Ekspertlər Şurasının qərar vermədiyi barədə bütün şayiələr tamamilə yalandır. İndi hər şey Ekspertlər Şurasının katibi Ayətullah Hüseyni Buşəhridən asılıdır və o, Ekspertlər Şurasının qərarını ictimaiyyətə açıqlamağa borcludur”, – “Mehr” xəbər agentliyi onun sözlərini sitat gətirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!