16 Mart 2026 / 12:29

SON DƏQİQƏ: İsrail Livana qurudan hücuma başlayıb

İsrail ordusu son bir neçə gündə intensiv hücumlarla hədəf aldığı bölgənin işğalını genişləndirmək məqsədilə cənubi Livandakı əsas yerləri hədəf alan quru hücumlarına başladığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, İsrail ordusundan verilən yazılı açıqlamada, quru hücumunun “Hizbullah”a qarşı Livanın cənubundakı “bufer zonasını” genişləndirmək üçün başladığı iddia edilib.

Cənubi Livanda elan edilən “əsas nöqtələri hədəf alan hədəflənmiş quru əməliyyatı” üçün bölgəyə əvvəlcədən qoşun qüvvələrinin göndərildiyi bildirildi.

İsrail ordusunun 91-ci Diviziyasının şənbə günü gecə saatlarında cənub-şərqi Livana hücumlara başladığı bildirildi.

İsrail ordusunun quru qüvvələrindən əvvəl bölgəyə intensiv hava hücumları və artilleriya atəşi həyata keçirdiyi bildirildi.

Bu arada, 146-cı Ehtiyat Diviziyasının Livanın cənub-qərbində yerləşdirildiyi və 36-cı Diviziyanın Rab əl-Talatin bölgəsində reydlər keçirdiyi qeyd edildi.

E.ŞİRİNOV   

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!