Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 May 2026 / 10:11

SON DƏQİQƏ! İsrail mediası: “Netanyahu Trampa təsir göstərməkdə çətinlik çəkir!” Ağ Evdən açıqlama…

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İran məsələsindəki mövqeyinə təsir göstərməkdə çətinlik çəkir.

Bu arada, Ağ Evdən verilən son açıqlamada “İranla müqavilənin tamamlanması günlərlə çəkə bilər” deyilir. Atəşkəs kölgəsində davam edən müharibədəki son vəziyyət…

İSRAİL MƏTBUATI: NETANYAHU TRAMPA TƏSİR EDƏ BİLMİR

Tezadlar.az-ın məlumatına görə, İsrailin Kanal 13 televiziyası adsız mənbələrə istinadən bildirib ki, Netanyahu ABŞ və İran arasında mümkün razılaşma ilə bağlı narahatlıqlarını bağlı kabinet iclaslarında ifadə edib və İsrailin “hazırda Trampın qərarlarına təsir etmək üçün manevr etmək imkanına malik olmadığını” etiraf edib.

Xəbərdə İsrail təhlükəsizlik kabinetinin bu axşam iclaslarını davam etdirdiyi və İsrail təhlükəsizlik qurumunun mümkün razılaşmanın İran rejiminə “toxunulmazlıq” verəcəyindən qorxduğu üçün yüksək hazırlıq vəziyyətində qaldığı bildirilir.

“ABŞ VƏ İRAN YAXŞI NÖQTƏDƏDİR”

ABŞ mediasında yer alan xəbərlərə görə, Ağ Ev rəsmisi bəzi mətbuat nümayəndələrinə brifinq zamanı ABŞ və İran arasında razılaşma prosesindəki son inkişafları qiymətləndirib.

ABŞ rəsmisi bildirib ki, onlar razılaşmanın bu gün imzalanacağını gözləmirlər və İranda ratifikasiya prosesi səbəbindən yekunlaşdırılması günlər çəkə bilər. Ehtiyatlı nikbinliklə danışan rəsmi bildirib ki, “Hazırda çox yaxşı bir nöqtədəyik, lakin razılaşmanın pozulması ehtimalı hələ də mövcuddur”.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!