31 Mart 2026 / 07:33

SON DƏQİQƏ: Körfəz ölkələri İranla müharibəni davam etdirmək üçün Trampa xahiş etdi!

Yaxın Şərqdə vəziyyət kritikləşir: Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla daha bir neçə Körfəz ölkəsi ABŞ-ı İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırıb. Bu iddianı “Associated Press“ adı çəkilməyən ABŞ, İsrail və Körfəz rəsmilərinə istinadən yazıb.  Agentliyin məlumatına görə, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn nümayəndələri gizli şəkildə İranın rəhbərliyində köklü dəyişiklik olana qədər ABŞ-İsrail hərbi əməliyyatını davam etdirmək istədiklərini bildiriblər.

Bununla da İranın ətraf düşmənlərinin sayı artmaqdadır.

Xatırladırıq ki, İran Türkiyə və körfəz ölkələrinə raket zərbələri endirib. Səbəb isə bu ölkələrdə ABŞ- ın hərbi bazalarının olması göstərilir. Bəzi analitiklər isə bunu həmin müsəlman ölkələrinin İranı dəstəkləməməsi ilə əlaqələndirirlər.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!