23 Aprel 2026 / 03:32

SON DƏQİQƏ: NATO zirvə toplantısını Türkiyədə keçirəcək

NATO zirvə toplantısı 7-8 iyul 2026-cı il tarixlərində Türkiyənin paytaxtı Ankarada keçiriləcək.

Tezadlar.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə alyansın Brüsseldəki qərargahı məlumat yayıb.

“Görüş NATO-nun Baş katibi Mark Rutte tərəfindən Türkiyənin Ankara şəhərindəki Beştəpə prezident iqamətgahında keçiriləcək”.

Əvvəlki NATO zirvə toplantısı 24-25 iyun 2025-ci il tarixlərində Niderlandın Haaqa şəhərində keçirilib. Bu, yeni Baş katib Mark Ruttenin rəhbərliyi altında və Donald Trampın ABŞ prezidenti kimi iştirakı ilə keçirilən ilk zirvə toplantısı idi. Bu toplantı zamanı 32 üzv ölkənin liderləri 2035-ci ilə qədər ÜDM-in 5%-i səviyyəsində yeni müdafiə xərcləri hədəfi müəyyən etmək qərarına gəliblər (əvvəlki 2%-dən çox). Onlar həmçinin Ukraynaya uzunmüddətli yardımın davam etdiriləcəyini təsdiqləyiblər.

22 apreldə “Politico” ABŞ prezident komandasının “yaxşı” və “pis” NATO ölkələrinin siyahısını tərtib etdiyini bildirib. Nəşrin məlumatına görə, onlar kollektiv təhlükəsizliyə verdikləri töhfələrə və Vaşinqtonun hərbi əməliyyatlarını, xüsusən də Tehrana qarşı dəstəkləmək istəklərinə əsasən sıralanıblar.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!