Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp bəzi liderlərin xahişi ilə “İrana qarşı sabah planlaşdırılan hərbi hücumun təxirə salındığını” bildirib.
Tezadlar.az-ın məlumatına görə, Tramp sosial media hesabında bildirib ki, ABŞ və İran arasında ciddi danışıqlar davam edərkən, Qətər əmiri Təmim bin Həməd Əl-Tani, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan hücumun dayandırılmasını istəyiblər.
O, regional ölkələrin liderlərinin İranın nüvə silahına sahib olmasının qarşısını alacaq bir razılaşmanın əldə edilə biləcəyi fikrini bölüşdüyünü və buna görə də sabah üçün planlaşdırılan hücumun ləğv edilməsi barədə göstəriş verdiyini bildirib.
Tramp bildirib ki, müdafiə naziri Pit Heqsetə, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Daniel Keynə və ABŞ ordusuna hücumun baş verməyəcəyi barədə məlumat verib, lakin məqbul bir razılaşma əldə edilə bilmədiyi təqdirdə İrana qarşı genişmiqyaslı əməliyyata hazır olmağı tapşırıb.
E.ŞİRİNOV