Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Kreml Putinin 19-20 may tarixlərində Çinə səfər edəcəyini açıqlayıb.
Kreml Sarayından verilən açıqlamada bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Çin prezidenti Si Cinpinin dəvəti ilə 19-20 may tarixlərində Pekinə səfər edəcək.
Tezadlar.az xəbər verir ki, səfər zamanı Putin və Si Rusiya ilə Çin arasında hərtərəfli tərəfdaşlıq və strateji əməkdaşlığın daha da dərinləşdirilməsi üçün addımları müzakirə edəcəklər. Həmçinin iki liderin beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacağı bildirilib.
Açıqlamada əlavə edilib ki, Putin və Si “2026-2027 Rusiya-Çin Təhsil İlləri” tədbirinin açılış mərasimində iştirak edəcəklər və danışıqlardan sonra yüksək səviyyəli birgə bəyanatın və bir neçə hökumətlərarası, qurumlararası və digər ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.
Putin və Si sonuncu dəfə Çində 2025-ci ilin sentyabr ayında Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısı zamanı görüşüblər.
E.ŞİRİNOV