4 May 2026 / 23:26

SON DƏQİQƏ: ZELENSKİ ATƏŞKƏS ELAN ETDİ

Volodimir Zelenski Telegram kanalında 5-6 may gecəsi gecə yarısından etibarən atəşkəs elan edəcəyini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, Zelenski Kiyevin hələlik heç bir rəsmi atəşkəs təklifi almadığını, lakin Rusiyanın istənilən təşəbbüsünə eyni cür cavab verməyə hazır olduğunu vurğulayıb.

“Biz inanırıq ki, insan həyatı hər hansı bir ildönümü “qeyd etməkdən” müqayisəolunmaz dərəcədə daha dəyərlidir”, – deyə Zelenski bildirib.

“Bu baxımdan, 5-6 may gecəsi gecə yarısından etibarən atəşkəs elan edirik”, – deyə o əlavə edib.

Ukrayna liderinin sözlərinə görə, Ukrayna ordusu göstərilən müddətə qədər atəşkəsin təmin edilməsi üçün tədbirlər görəcək və həmin andan etibarən eyni cür cavab verəcək.

Açıqlama Rusiya Müdafiə Nazirliyinin Ali Baş Komandan Vladimir Putinin 8 və 9 may 2026-cı il tarixində Qələbə Günü şərəfinə atəşkəs elan etmək qərarını açıqladığı rəsmi açıqlamasından sonra verilib. Rusiya nazirliyi həmçinin xəbərdarlıq edib ki, əgər şənlikləri pozmaq cəhdləri olarsa, Rusiya Silahlı Qüvvələri Kiyevin mərkəzinə kütləvi raket zərbələri endirəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!