Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Yekaterinburqun Mərkəzi Dairə Hərbi Məhkəməsi sosial şəbəkələrdə terror aktına haqq qazandıran 19 yaşlı Maqnitoqorsk sakinini 400 min rubl məbləğində cərimələyib.
Tezadlar.az bildirir ki, bu barədə lenta.ru-ya Rusiya Federal Təhlükəsizlik Xidmətinin Çelyabinsk vilayəti üzrə rəsmi nümayəndəsi Tatyana Sosnina məlumat verib.
Gənc Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci (“Terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa ictimai bəraət qazandırmaq və ya terrorizmin təbliği”) maddəsi ilə təqsirli bilinib. Ona həmçinin iki il müddətinə internetdəki saytları və kanalları idarə etmək qadağan edilib.
Təqsirləndirilən şəxs günahını etiraf edib və peşman olub.
E.ŞİRİNOV