Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.
Tezadlar.az xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan “BMW” markalı, 90-UC-211 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Orxan Kamilli saxlanılıb.
O.Kamilli idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb.
Sürücü barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə O. Kamillinin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 15 sutka inzibati qaydada həbs edilib.