Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Maraqlı məsələdir, yardım kasıblar üçündür, bəs bu yardım necə olur ki, imkanlı şəxslərin cibinə gedib çıxır?
Gürcüstanda da belə problemlər yaşanır… Baş nazir İrakli Kobaxidze parlamentdə interpellasiya qaydasında çıxışı zamanı sosial yardım sisteminə toxunub. Tezadlar.az xəbər verir ki, Baş nazirin sözlərinə görə, sosial müavinət alanların mövcud bazası yenidən nəzərdən keçirilməli və yenilənməlidir. Onun sözlərinə görə, COVID-19 pandemiyası dövründə sosial yardım alanların sayı kəskin şəkildə artıb və 2020-ci ildən sonra bu bazanın yenilənməsi ilə bağlı faktiki olaraq moratorium tətbiq olunub. Lakin hazırkı vəziyyət bazanın təkrar qiymətləndirilməsini zəruri edir. Baş nazir qeyd edib ki, aparılan təhlillər nəticəsində sosial müavinət alanların təxminən 8 faizinin imkanlı şəxslər olduğu müəyyən edilib. O vurğulayıb ki, yoxsulluq səviyyəsinin yarıya endiyi bir şəraitdə sosial yardım alanların sayının artması məntiqi deyil. Kobaxidzenin sözlərinə görə, sosial müavinət alanların sayı 700–800 min nəfər arasında dəyişir və bu kateqoriyaya daxil olanların bir hissəsi real ehtiyac meyarlarına cavab vermir.
Baş nazir əlavə edib ki, sosial müavinət alanların bazasının yenilənməsi hökumətin əsas prioritetlərindən biri olacaq və bu istiqamətdə yaxın dövrdə müvafiq addımlar atılacaq.
Azərbaycanda da bir müddət əvbəl də belə hallar kütləvi hal almışdı və keçmiş nazir Səlim Müslümovun özü və bir sıra məmurlar həbs edilmişdilər…
A.Məmmədli